İkinci dünya müharibəsinin tarixini saxtalaşdırmaq və yeniləmək cəhdləri müasir Rusiyanın nüfuzunu və qüvvəsini sarsıtmağa yönəlib, çərşənbə axşamı Rusiya Federasiyası prezidenti Vladimir Putin bildirib.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Putin tarixin saxtalaşdırılması cəhdlərinə qarşı möhkəm dayanmağa çağırıb.
“Bəzən həqiqətən bu abırsız həqiqətlə heç bir əlaqəsi olmayan çıxarışları səsləndirməyə adamın dili gəlmir. Onların məqsədi aydındır – müasir Rusiyanın qüdrətini və mənəvi nüfuzunu sarsıtmaq, onu qalib ölkə statusundan və buradan meydana gələn bütün beynəlxalq-hüquqi nəticələrdən məhrum etmək, xalqları ayırmaq və qarşı-qarşıya qoymaq, tarixi spekulyasiyalardan geo-siyasi məqsədlə istifadə etmək”, - prezident Qələbənin 70 illik yubileyinin qeyd edilməsi üzrə təşkilat komitəsinin iclasında deyib.