Oxu.Az cazibədar və istedadlı müğənni Aysel Əlizadə ilə müsahibəni təqdim edir:

-Bir neçə il əvvəl uzun muddət efirdə görünmədiniz, hətta sizin gizli ailə həyatı qurduğunuza görə efirə çıxmadığınız deyilirdi...

-Düzdür, bir il oldu. Səbəbi isə başqa işlə və təhsilimlə bağlı olub. Ailə qurmağım isə yalandır. Olsa, niyə gizlədim ki? Evlilik, ailə gözəl hisdir. Hər bir xanıma bu hissi dadmağı arzu edirəm.
-Tez-tez əcnəbi ölkələrdə səfərdə olursunuz. Bu, işlərinizlə bağlıdır yoxsa istirahəti çox sevirsiniz?

-Həm işlərimlə, həm də istirahətimlə əlaqədardır. Amma son zamanlar klip çəkilişi ilə bağlı olub.
-Sizcə, əsl prodüser necə olmalıdır?

-Dünyada da belədir ki, prodüser müğənnini sıfırdan öz şirkətinə götürüb ona maddi-mənəvi dəstək olur. Əziyyətlə də olsa gec-tez qazanclarının bəhrəsini görürlər, hətta müğənninin iş planından tutmuş şəxsi həyatının planına qədər çalışdığı şirkət və prodüser qərar verir.
-Ləman xanımla (red- prodüseri) işbirliyinizdən razısınız? Kim daha çox bir-birini incidir?

-Ləmanla artıq iki ildir ki, birlikdə çalışırıq.Ən önməlisi odur ki, bir-birimizi anlaya bilirik. Bacı kimi münasibətimiz var. Ləmanla iki il ərzində çox şeyə nail olmuşuq.
-Bu yaxınlarda türkiyəli mügənni Murad Dalkılıçla konsertiniz olacaq. Tamaşaçıları nə kimi sürprizlər gözləyir. Bəlkə, siz də Türkiyə şou- biznesinə qatılmağı düşünürsünüz?

-İnşallah konsert martın 23-ü reallaşacaq. Təbii ki, konsert proqramında maraqlı məqamlar da olacaq. Hər kəsi dəvət edirəm. Amma hələlik Türkiyə şou-biznesinə qatılmağı düşünmürəm.
-Çox vaxt mini ətək yaxud libas geyinirsiz. Geyimlə bagli qadağalarınız olmur ki?

-Mənə heç kim qadağa qoya bilməz, öz istədiyimi geyinən insanam.
-Münaqişədə olduğunuz sənət dostunuz varmı?

-Məni gözü götürməyən çoxdur. O adamın da ağlı yoxdur ki, məni gözü götürmür. Bəlkə də mən ən axırıncı düşmən ola bilən insanlardanam. Çünki heç kiminlə işim yoxdur.
-Kiminlə duet oxumağı çox xəyal edirsiniz?

-Əslində, “ola bilər” dediklərim var. Amma xəyal etdiyim, arzuladığım deməzdim ki, var.
Aytən Sadıqzadə