Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, NATO-nun genişləndirilməsində məqsəd Rusiyanın alyans üçün ən böyük təhlükə kimi qarşısının alınmasıdır. Moskvanı daima təhrik edirlər və konfrontasiyaya cəlb etməyə çalışırlar, daxili işlərə qarışma cəhdlərinə son verilmir. Rusiya prezidenti qeyd edib ki, dünyada vəziyyət sabitləşməyib, təhdid və təhlükə artıb, hərbi-siyasi rəqabət güclənib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
O bildirib ki, Yaxın Şərq və Afrikada bəzi ölkələrin dəstəyini alan terror ordularının iştirakı ilə münaqişələr davam edir.
N.O.
www.oxu.az