Mayın 24-26-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xüsusi təyinatlı çevik reaksiya qüvvələrinin təlimləri Ermənistanda keçiriləcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə KTMT-nin rəsmi saytında məlumat yayılıb.
“Mayın 24-26-da Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xüsusi təyinatlı çevik reaksiya qüvvələrinin “Kobalt-2016” adlı təlimləri keçiriləcək”, - məlumatda deyilir.
Təlimlər “Baqramyan” təlim mərkəzinin bazasında keçiriləcək. Təşkilatın baş katibi Nikolay Bordyuja təlimləri izləyəcək.