Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Putin NATO”sunun Baş katibi: Qafqazda böyük müharibə başlaya bilər
Ermənistan Dağlıq Qarabağda münaqişənin kəskinləşdiyi günlərdə kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməyib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə KTMT-nin Baş katibi Nikolay Bordyuja bildirib.
“Heç bir xahiş olmayıb”, - deyə Bordyuja verilən sualı belə cavablandırıb.
Eyni zamanda, o qeyd edib ki, Dağlıq Qarabağ bölgəsində vəziyyət KTMT-nin məsuliyyət zonasında təhlükəsizliyin təminatı üçün böyük əhəmiyyət kəsb edir.
“Əgər silahlı toqquşma baş verərsə, bizim aktiv və birbaşa silahlı qarşıdurma müşahidə edəcəyimiz dövr başlayacaqsa, bu, bütün Qafqazı partladacaq. O zaman bu münaqişəyə bir çox dövlətlər cəlb olunacaq və bu, bir çox Qafqaz xalqlarına toxunacaq.
Bu, çox ciddidir, hesab edirəm ki, bu gün vacib olan orada sülhü təmin etməkdir, əks halda Qafqazda çox böyük müharibə olacaq. Mən bunu istəməzdim”, - deyə, Bordyuja bildirib.
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan sülh müqaviləsinin imzalanma vaxtını müzakirə etməyə hazırdır
- Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırıldı
- "Haber Global": "Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır"
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistana köçürür? - Pentaqondan AÇIQLAMA
- İsveç Xarici İşlər Nazirliyi sülh sazişi ilə bağlı Azərbaycan və Ermənistana çağırış etdi