Rusiya prezidenti Vladimir Putin özünün, ölkənin Baş nazirinin, Baş prokuror və Rusiya İstintaq Komitəsinin rəhbərinin əmək haqlarını azaldıb.
Oxu.Az xəbər verir ki, Vladimir Putin bu barədə fərman imzalayıb.
Yeni fərmana əsasən, 2015-ci il martın 1-dən dekabrın 13-dək yuxarıda sadalanan vəzifə sahiblərinin pul mükafatları, aylıq və rüblük pul həvəsləndirmələri 10% azalma ilə veriləcək.