İlahiyyatçı İsmayıl Əhməd ekstrasens Zirəddin Rzayevin müsahibəsinə sərt reaksiya verib.
Oxu.Az xəbər verir ki, ilahiyyatçı sosial şəbəkədə bunları yazıb:
“Hər kəs dünyaya öz pəncərəsindən baxır, kimi vəhy pəncərəsindən, kimi də İblisin pəncərəsindən. Buna görə də hər kəs ona göstəriləni görür və göstərməyə çalışır. Zirəddin Rzayev və onun kimi qabaqgörənlik iddiası edənlər burunlarının ucunu görə bilmir, nədənsə Allahın idarə etdiyi təbiət barədə proqnoz verir. Onlar özü kimi insanların planlarından belə xəbər verə bilmirlər. Məsələn, erməni kəşfiyyatı barədə nə isə deyə bilər, demir. Ümumiyyətlə, Qarabağ münaqişəsi barədə nədənsə hər hansı bir proqnoz verməkdən çəkinir.
Hörmətli “qabaqgörənlər”, iş tapın özünüzə, işlə məşğul olun. İnsanlara verdiyiniz hər yalan və saxta məlumatlara görə Allah qarşısında cavab verməli olacaqsınız! Sizə daha bir ayə təqdim edirəm bəlkə bundan belə ibrət alasınız: “De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı”. (Əraf,188) Belə bir səriştəsiz, qapalı düşüncəli, dindən sui istifadə edən şəxs barədə bundan artıq nəsə yazmaq sadəcə vaxta xəyanət olar!”.

Aytən Sadıqzadə
www.oxu.az