Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinə növbəti dəfə "mehriban yaşamaq" çağırışı edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu bəyanatı "Valday" Beynəlxalq Diskussiya Klubunun 23-cü illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirib.
"Əgər biz yaşamaq istəyiriksə - hamı da yaşamaq istəyir - o zaman bir dəfə ictimai çıxışımda dediyim kimi: "Gəlin mehriban yaşayaq və buna necə nail olacağımızın yollarını birlikdə axtaraq", - deyə Putin bildirib.
Bununla yanaşı, rusiyalı lideri etimadın qurulmasının "mürəkkəb, zərif, bərpa olunması çox çətin, dağıdılması isə çox asan bir proses" olduğunu vurğulayıb.
O qeyd edib ki, hətta ən yaxın tərəfdaşların belə maraqları tam üst-üstə düşə bilməz. "Rəqabət, kəskin mübarizə və xüsusən də qarşıdurma münasibətlərində olan ölkələrdən isə danışmağa dəyməz", - deyə Putin əlavə edib.
Xatırladaq ki, "Uşaqlar, gəlin mehriban yaşayaq!" ifadəsi məşhur sovet cizgi filminin baş qəhrəmanı - xeyirxah və ziyalı pişik Leopoldun hər seriyanın sonunda barışığa dəvət edən simvolik çağırışıdır.