Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçı qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra Azərbaycan millisi qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Litva yığması 4 xalla liderdir. Hesabında 1 xalı olan Lixtenşteyn sonuncudur.
UEFA Millətlər Liqasının D liqasında Azərbaycan - Lixtenşteyn qarşılaşması start götürüb.
Oxu.Az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
UEFA Millətlər Liqasının D liqasında Bakıda qarşılaşacaq Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
Azərbaycan: Emil Balayev, Toral Bayramov, Rəhim Sadıxov, Elvin Bədəlov, Emin Mahmudov, Tellur Mütəllimov, Vüsal İsgəndərli, Abdulla Xaybulayev, Mahir Emreli, Musa Qurbanlı, Anton Krivotsyuk;
Baş məşqçi: Ayxan Abbasov;
Lixtenşteyn: Benyamin Büxel, Maksimilian Qöppel, Lars Traber, Aaron Zelye, Kenni Kindl, Alessio Hasler, Nikolas Hasler, Yens Hofer, Lorenso Lo Russo, Yonas Vaysenhofer, Marsel Büxel;
Baş məşqçi: Konrad Fünfştük.
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu mövsüm növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Lixtenşteyn millisini qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
UEFA Millətlər Liqası
1 oktyabr
D Liqası, II qrup
20:00. Azərbaycan - Lixtenşteyn.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl UEFA Millətlər Liqasında Litva səfərindən bir xalla qayıtmışdı. Hazırda Azərbaycan millisi D liqasının II qrupunda 1 xalla ikinci yerdə qərarlaşıb.