Moskva Rusiya ilə ABŞ arasında münasibətin yaxşıya doğru dəyişməsini uzun müddət gözləyib, buna ümid bəsləyirdi, lakin göründüyünü kimi, vəziyyət heç də yaxın zamanlarda dəyişməyəcək, RF prezidenti bildirib.
Oxu.Az-ın vesti.ru-da dərc olunmuş müsahibəsinə əsasən, Putin Rusiyanın ABŞ-ın sanksiyalarla bağlı qanun layihəsinə nə üçün cavab verdiyini izah edib.
“ABŞ tərəfi qeyri-qanuni məhdudiyyətlər qoymaqla, RF ilə əlaqələrin inkişaf etdirilməsində və saxlanılmasında maraqlı olan digər ölkələrə, o cümlədən, öz müttəfiqlərinə təsir göstərməyə cəhd etməklə Rusiya ilə münasibətin pisləşməsinə doğru heç nə ilə provokasiya olunmamış addımlar atıb”, - deyə Putin bildirib.
“Biz münasibətin yaxşıya doğru dəyişməsini uzun müddət gözləmişik, buna ümid bəsləmişik. Lakin, göründüyü kimi, münasibətlər dəyişsə belə, bu, yaxın zamanlarda baş verməyəcək. Mən hesab etdim ki, artıq bizim də heç nəyi cavabsız qoymayacağımızı göstərməliyik”, - deyə Putin bildirib.
N.О.