Rusiya Prezidenti Vladimir Putin ölkədə xarici casusların fəallığının artıdığını bəyan edib. Oxu.Az RBK-ya istinadən bildirir ki, bu gün Putin təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
“Əks kəşfiyyat bölmələrindən son dərəcə intizam və səfərbərlik tələb olunur. Rusiya üzrə xarici xüsusi xidmət orqanlarının fəallığı artır. Belə ki, əks kəşfiyyatın xətti ilə cari ildə xarici xüsusi xidmət orqanlarının 230 əməkdaş və agentləri aşkar olunub”.
Putin əlavə edib ki, bununla yanaşı xüsusi xidmət orqanları ölkədə 8 terror aktının və 46 ekstremist qrupun fəaliyyətinin qarşısını ala bilib.
“Heç kəsdə Rusiyanı qorxutmaq və təcrid etmək heç vaxt alınmayıb və alınmayacaq”, o vurğulayıb.