Rusiyanın prezidenti Vladimir Putin hesab edir ki, ölkənin gələcək lideri kifayət qədər gənc, lakin yetkin insan olmalıdır.
Oxu.Az Kremlin saytına istiandən xəbər verir ki, bu barədə o, Bloomberg-ə verdiyi müsahibəsində bildirib.
Özünün 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirakı haqqında danışan dövlət başçısı qeyd edib ki, bu barədə danışmaq çox tezdir.
“Mən hələ ki, özümlə bağlı bir qərara gəlməmişəm”, - o vurğulayıb.
N.O.