Rusiya prezidenti Vladimir Putin hesab edir ki, hətta müəyyən çətinliklər şəraitində belə ruslar və ukraynalılar bir xalqdır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu bəyanatı rusiyalı lider Sankt-Peterburqda keçirilən İqtisadi Forumda öz çıxışı çərçivəsində edib.
“Mövcud çətinliklərdə ruslar və ukraynalılar bir xalqdır, ümumi tarixi və mədəniyyəti olan bir etnosdur və müştərək gələcəyə məhkumdurlar”, - prezident deyib.
Rusiya və Ukrayna müştərək gələcəyə məhkumdurlar deyən Putin Rusiya və Ukraynanın yalnız ümumi tarixi keçmişin deyil, eləcə də bu günün reallıqlarını bağladığını deyib:
“Ümumi energetika, nəqliyyat strukturu və s.”.
“Rusiya Ukrayna ilə dialoqa ümid edir və əgər bu prosesə üçüncü oyunçu daxil olarsa onlar bizim maraqlarımızı nəzərə almalıdır”, prezident sözünü yekunlaşdırıb.