Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Putin təyyarə qəzasına görə Tokayevə başsağlığı verdi
Rusiya tərəfinin təşəbbüsü ilə ölkə Prezidenti Vladimir Putin Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya dövlət başçısı dekabrın 25-də Aktau şəhəri yaxınlığında Qazaxıstan vətəndaşlarının da olduğu "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Tokayevə başsağlığı verib.
Söhbət zamanı bildirilib ki, hadisənin bütün təfərrüatlarını araşdıran Qazaxıstan hökumət komissiyası qəza yerindən tapılan registratorların deşifrəsinə Rusiya, Azərbaycan və Braziliyadan olan ekspertləri cəlb edəcək. Qazaxıstan ərazisində aparılan bu iş obyektiv və şəffaf olacaq.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- İqor Kşnyakinin qızı: "Qəza məni çox təsirləndirdi"
- AZAL təyyarəsində qəza anında nələr yaşandı? - "Son uçuş" sənədli filmi
- Komandir Kşnyakinin ailəsi AZAL təyyarəsinin qəzaya uğradığı yerə gedib
- Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR VERDİ
- Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın sülhməramlı fəaliyyət zonasına göndəriləcək