Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiya Moldovaya qaz tədarükünü dayandırır
Rusiyanın "Qazprom" şirkəti Moldova tərəfinin müqaviləni pozması və tədarük üçün borcunu ödəməkdən imtina etməsi səbəbindən 2025-ci il yanvarın 1-dən bu ölkəyə qaz tədarükünü sıfıra endirir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, Moldova tərəfinin qaz tədarükü borcunu ödəməkdən imtina etdiyinə görə dekabrın 28-də "Qazprom" "Moldovagaz"a bildiriş göndərib.
Qeyd edək ki, Moldova ilə Rusiya arasında münasibətlər Maya Sandu 2020-ci ildə keçirilən prezident seçkilərində qələbə çaldıqdan sonra pisləşməyə başlayıb. İki il əvvəl Moldova Rusiya əleyhinə sanksiyalara qoşulub və onlarla rusiyalı diplomatı ölkədən qovub.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Rusiya Bəşər Əsədi Suriyaya təslim edəcək?
- Dağıstanlı bloqer video çəkmək üçün polisi ələ saldı
- Rusiyada erməni bloqerə qarşı cinayət işinin açılması tələb olunub
- Uzaq Şərqi şiddətli qar fırtınası vurdu: Qırmızı təhlükə səviyyəsi elan edilib
- "Rossotrudniçestvo"nun əsl mahiyyəti - "Rus evlər"i casus şəbəkəsi rolunda
Rəylər