Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Putin Trampa hədiyyə göndərib
"Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa onun rusiyalı rəssam tərəfindən çəkilmiş portretini hədiyyə edib".
Oxu.Az rg.ru-ya istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində deyib.
"Prezident Putin Rusiyanın aparıcı rəssamına prezident Trampın gözəl portretini sifariş verib. Putin portreti Trampın evinə aparmağı xahiş edərək, onu mənə verdi" , - deyə S.Uitkoff vurğulayıb.
Xüsusi nümayəndə əlavə edib ki, portreti artıq ünvana təhvil verib.
Xatırladaq ki, S.Uitkoff martın 13-də Moskvada V.Putinlə görüşüb.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Hindistan İrəvana hansı sursatları göndərib?
- ABŞ Suriyanı tərk edir? - Qoşunların çıxarılmasına start verildi
- ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə sazişin imzalanma tarixi açıqlandı
- Tramp bu həftə Rusiyadan cavab gözləyir
- Mirzoyan: "Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maraq göstərir"
Ən çox oxunanlar