Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Putin və Kim Çen In saziş imzaladılar
Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında saziş imzalanıb.
Vladimir Putinin Şimali Koreyaya səfəri çərçivəsində Pxenyanda baş tutan danışıqlar zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb.
Rusiya və Şimali Koreya arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişi iştirakçılardan birinə qarşı təcavüz halında qarşılıqlı yardımın göstərilməsini nəzərdə tutur.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın dövlət məsələləri üzrə sədri Kim Çen Inla danışıqların yekununa əsasən məlumat verib.
"Bu gün imzalanan hərtərəfli tərəfdaşlıq sazişi, həmçinin bu sazişin tərəflərindən birinə qarşı təcavüz halında qarşılıqlı yardımın göstərilməsini nəzərdə tutur", - deyə Putin bildirib.
Xatırladaq ki, Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) dövlət işləri üzrə sədri Kim Çen Inın dəvəti ilə uzun illər sonra Pxenyana rəsmi səfər edib.
Mənbə: Lenta.ru