Rusiya prezidenti Vladimir Putin Hamburqda keçirilmiş “G-20” sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla daha bir qeyr-rəsmi görüş keçiribmiş.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters”ə Ağ Evdəki adı çəkilməyən məmur məlumat verib.
“The Hill” nəşri də “Eurasia Group” beynəlxalq konsaltinq şirkətinin rəhbəri İan Bremmerə istinadən ikinci görüşün keçirildiyini iddia edir. Bremmer prezidentlərin rəsmi danışıqlardan sonra şam yeməyi zamanı təkrar görüşdüklərini bildirib.
Onun sözlərinə görə, prezidentlərin görüşündə yalnız Putinin tərcüməçisi iştirak edib. “Amerika tərəfindən tərcüməçinin görüşdə iştirak etməməsi ABŞ milli təhlükəsizik protokolunun ciddi pozulması deməkdir”, - “Eurasia Group” beynəlxalq konsaltinq şirkətinin rəhbəri qeyd edib.
Görüşdə müzakirə edilən məsələlər barədə məlumat verilmir.
A.M.