ABŞ prezidenti Donald Tramp ölkənin Rusiyadakı səfiri vəzifəsinə namizəd irəli sürüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, D.Tramp bu vəzifəyə Yuta ştatının sabiq qubernatoru Con Hantsmanın namizədliyini münasib bilib.
Con Hantsman ABŞ-ın Çində və Sinqapurdakı səfiri vəzifəsində çalışıb, iki dəfə Yuta ştatının qubernatoru postuna seçilib. Bundan başqa, Con Hantsman “Hilton”, “Chevron”, “Ford Motor Company” və “Caterpillar” şirkətlərinin direktorlar şurasının üzvüdür.

A.M.