Rusiya prezidenti Vladimir Putin Moskvanın merinə beşmərtəbəli “xruşovka” adlanan binaların sökülməsi barədə göstəriş verib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
“Mən moskvalıların əhval-ruhiyyəsini və gözləntilərini bilirəm. Gözləntilər bu evlərin sökülüb, yeni yaşayış evlərinin tikilməsidir. Məncə, bu, ən doğru qərardır”, - bunu mer ilə görüşdə dövlət başçısı bildirib.
Putinin sözlərinə görə, məsələ büdcə imkanlarında və investorların cəlb edilməsindədir.
N.O.
www.oxu.az