"Fransalı könüllülər Rusiya tərəfində Ukraynaya qarşı vuruşurlar".
Oxu.Az "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, fransalı könüllü döyüşçülər "Normandiya - Neman" bölməsinin tərkibində savaşırlar:
"Bu gün də Fransanın bəzi vətəndaşları bizim döyüşçülərlə birlikdə çiyin-çiyinə vuruşurlar. Qərbdə Rusiyanın prinsiplərini və dəyərlərini bölüşən insanlar həmişə olub".