Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Putindən Rusiyanın Silahlı Qüvvələri ilə bağlı yeni fərman
Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin ştat sayını 1.5 milyon hərbçiyə qədər artırıb.
Oxu.Az-ın məlumatına görə, müvafiq fərman hüquqi portalda dərc edilib.
Dəqiqləşdirilir ki, o, Rusiya Silahlı Qüvvələrinin ştat sayını 2 389 000 nəfərə qədər artırıb, onlardan 1.5 milyonu hərbçidir.
Putin, həmçinin, hökumətə bu addımın həyata keçirilməsi üçün lazımi vəsaitin ayrılmasını tapşırıb.
Fərman dekabrın 1-dən qüvvəyə minir.
Putindən Rusiyanın Silahlı Qüvvələri ilə bağlı yeni fərman
"Vladimir Putin" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər