Rusiya prezidentiin administrasiyası tezliklə yenidən təşkil ediləcək, idarələrin sayı ən azı iki dəfə azaldılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Kommersant” mənbəyə istinadən xəbər verir.
Məlumata görə, yaxın günlərdə PA rəhbəri Anton Vaynonun müvafiq sərəncamı çıxmalıdır. Sərəncama müvafiq olaraq mövcud 21 idarədən 8-9 idarə qala bilər. Prezidentin Federal Şuraya gələn həftə müraciət edəcəyini bildirən qəzetin həmsöhbəti, həmin zaman dəyişikliklər barədə məlumatın veriləcəyini də istisna etmir.
N.О.
www.oxu.az