İtaliyanın moda evi “Brioni” kreativ direktor Brendan Malleyn ilə müqavilə müddətini uzatmamaq qərarına gəlib. “Rambler News Service” onun yeni təyinatı haqqında söhbətin getmədiyi barədə məlumat yayıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, şirkətdə “lazım olan zaman” bu barədə bəyanat veriləcəyi bildirilib.
“Brendanın ehtirası, onun dünyagörüşü və xarizması hər zaman işində təzahür edirdi, biz ona şirkətə sadiqliyinə görə minnətdarıq”, - moda evinin rəhbəri Canluka Flore şərh verib.
Malleynin yeni iş yeri barədə məlumat verilmir. Yaz kolleksiyasını şirkətin dizaynerlər komadası hazırlayacaq.
“Brioni” şirkəti 1945-ci ildə Romada yaradılıb. Brendin məşhur müştəriləri sırasında – Ceyms Beluşi, Al Paçino, Pirs Brosnan və Daniel Kreyq var. İtalyan markasının kostyumlarını həmçinin Rusiya prezidenti Vladimir Putin də geyinir, “Business FM” radisonun saytında yazılıb.