Vladimir Putinin sabah keçiriləcəyi planlaşdırılan illik mətbuat konfransı Ankarada qətlə yetirilən Rusiyanın Tükiyədəki səfiri Andrey Karlovun dəfn mərasiminə görə təxirə salınıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir.
“Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlov ilə vida və dəfn mərasiminə görə, prezident illik mətbuat konfrasını başqa gün keçirmək barədə qərar qəbul edib. Prezident dəfn mərasimində iştirak edəcək”, - Peskov bildirib.
20.12.2017, saat 16:27
Rusiya prezidenti Vladimir Putin bu gün dekabrın 22-də keçirəcəyi böyük mətbuat konfransına hazırlıq ilə məşğul olacaq və təhlükəsizlik orqanı əməkdaşları gününə həsr olunmuş təntənəli gecənin iştirakçıları qarşısında çıxış edəcək.
Dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Türkiyədə Rusiya səfirini kimin əvəz edəcəyi sualı hazırda yersizdir, Putin Moskvada cari rejimdə çalışır, onun bir sıra işgüzar görüşləri keçiriləcək.
“Bu gün Vladimir Putin dekabrın 22-də keçiriləcək illik mətbuat konfransına hazırlığa başlayacaq. O, öz müşavirləri, administrasiya rəhbərliyi ilə görüşəcək, ənənəvi olaraq iqtisadi, sosial blokların nazirləri ilə cari zaman üçün informasiya planında əlaqədədir”, - dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib.
N.O.
www.oxu.az