BMT-nin baş katibi Pan Gi Mun Cənubi Koreya siyasətinə qayıda biləcəyini deyib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Yonxap” məlumat yayıb.
“Əgər BMT-də baş katib vəzifəsində on il ərzində gördüyüm, öyrədiyim və hiss etdiklərim Koreyanın inkişafına vasitəçi ola bilərsə, mən özümü tamamən buna həsr etməyə hazıram”, - o bəyan edib.
Pan Gi Munun sözlərinə görə, dövlət başçısının seçkilərində iştiraka dair son qərarı ölkə sakinləri ilə görüşdükdən və onların fikirlərini eşitdikdən sonra qəbul edəcək.
Dekabrın 9-da Cənubi Koreya Parlamenti prezident Pak Kın Xenin səlahiyyətlərini dondurmağa dair qərar qəbul edib. Ölkədə siyasi böhrana səbəb dövlət başçısının rəfiqəsi Çxve Sun Sil ilə əlaqədar qalmaqal olub. O, iri kommersiya şirkətlərinə, iki qeyri-kommersiya fonda vəsait köçürmək üçün təzyiq göstərməkdə ittiham edilir.
N.O.
www.oxu.az