Rusiya Federasiyasının prezidenti Vladimir Putinin, baş nazir Dmitri Medvedevin və bir sıra yüksək vəzifəli məmurlarının məvacibinin 10% ixtisar edilməsi 2016-cı ilin dekabr ayının 31-nə qədər davam edəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Putinin müvafiq fərmanı çərşənbə günü Hüquqi informasiyanın rəsmi portalında yerləşdirilib.
Qeyd edək ki, 2015-ci ilin fevral ayında Rusiya prezidenti özünün, baş nazirin, eləcə də bir sıra yüksək vəzifəli məmurların əmək haqqısının 10% azaldılmasına dair fərman imzalayıb. Baş prokurorun və istintaq komitəsinin sədrinin də məvacibləri ixtisar edilib.