Bu gün axşam saatlarında Salyan rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, 6 yaşlı kənd sakini Tağıyev Tağı Xəqani oğlu valideynlərinin diqqətindən yayınaraq həyətlərindəki su hovuzuna düşərək boğulub.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.