Çelyabinsk vilayətində Krımın Rusiyaya birləşməsi şərəfinə sikkə hazırlayacaqlar.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, sikkənin çəkisi 1 kiloqram olacaq.
Pulun üz hissəsində prezident Vladimir Putinin təsviri olacaq, arxa tərəfdə isə Krım yarımadasının təsviri yer alacaq.
25 gümüş və qızıl suyuna çəkilmiş sikkədən ibarət “Krım 2014” kolleksiyasının hazırlanması ideyası emalatxananın direktoruna məxsusdur.
Şirkətin saytında deyilir ki, “Art-Qrani” MMC artıq 15 ildir ki, qiymətli metal üzərində önəmli tarixləri, hadisələri və müasir qəhrəmanları təsvir edir”.