Xəzər telekanalında yayımlanan və bir müddət əvvəl bağlanan “Ay Zaur” verilişi geri qayıdır.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, bu haqda “5/5” verilişində aparıcı Zaur Kamal deyib. O, tamaşaçıların istəyi ilə “Ay Zaur”un yenidən çəkildiyini bildirib:
“5/5” verilişi həftə içi beş gün canlı olaraq yayımlanacaq. Bununla bərabər “Ay Zaur” verilişinin çəkilişlərinə yenidən başlayacağıq. “Ay Zaur” hər həftənin şənbə günü ekrana gələcək”.