Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanovun böyük oğlunun ölüm səbəbinin təfərrüatları məlum olub.
Oxu.Az-ın məlumatına görə, Znak.com internet qəzeti şahidlərin sözlərinə istinadən yazır ki, faciə Dubayda, günorta vaxtı Mina ASalam və Burj Al Arab otelləri arasında yerləşən çimərlikdə baş verib.
Şahidlər iddia edirlər ki, hadisə baş verən zaman dalğa var idi, amma elə də güclü deyildi, həm də su böyük adamın belinə qədərdir. Aleksandr İvanov yalnız çimməyib. Versiyalardan birinə görə, onun oğlu ilə, digər versiyaya görə isə qızı ilə üzdüyü deyilir.
Çimərkən o boğulmağa başlayıb və onu sahilə çıxarıblar. Yalnız yarım saat sonra hadisə yerinə təcili yardım maşını gəlib və özləri ilə yalnız şirma gətiriblər. Bir saat ərzində tibb işçiləri elə çimərlikdəcə kişini özünə gətirməyə çalışıblar.
“Aleksandr İvanovun həyat yoldaşı dua edir, uşaq isə ağlayırdı. Bir saat sonra İvanovu təcili yardım maşını ilə aparıblar”, - nəşr bildirib.
Faciə şahidlərinin fikrincə bu bədbəxt hadisə kimi maskalanmış qətl hadisəsidir.
Hətta onlar Amerika dalğıcları haqqında da danışıblar.
Öz növbəsində “URA.Ru” nəşri xəbər verib ki, həmin gün hava yaxşı olub, buna baxmayaraq dəniz dalğalı olub. Mənbələrin bildirdiyinə görə insident haqqında məlumat hər vəchlə gizlədilir.
“Onlar məlumatı hər vəchlə gizlətməyə çalışırlar. Bu otel çox mühüm bir şəxsə məxsusdur. Heç bir yerli KİV hadisənin harada və necə baş verdiyi haqqında məlumat yazmayıb. Əmirliyin mətbuatında bu faciə haqqında heç bir məlumat yoxdur. Mən belə başa düşdüm ki, o (İvanov. “URA.Ru”) kasıb adam deyil və çox bahalı otellərdən birində qalıb, otellər isə bu informasiyanın ört-basdır edilməsi üçün hər şey ediblər”, - Dubaydakı mənbə bildirib.
Nəşr əlavə edib ki, bəzi məlumatlara görə, hər şey “Madinat Jumeriah” otelində baş verib. “Bu ən yaxşı oteldir. Çimərlikdə hər zaman sertifikatlı xilasedicilər var, onlar gündəlik intensiv tədris və təlim keçirlər. Bu otel “yeddiulduzlu” “Parus” otelinin məxsus olduğu otellər şəbəkəsinə daxildir”, - nəşr yerli sakinlərin sözlərini sitat gətirir.
Daha öncə LifeNews portalı öz mənbələrinə istinadən bildirib ki, İvanov qızı ilə dənizdə çimirmiş, birdən yüksək dalğalar qalxıb. Kişi öz qızını xilas etməyə çalışıb. Nəticədə qızı xilas etmək mümkün olub, Aleksandr İvanovun özü isə batıb.
Rusiya Prezident Administrasiyasının rəhbərinin oğlunun ölümü barədə məlumat noyabr ayının 3-də saytlarda yayılıb. Noyabrın 5-də isə bu xəbər Vneşekonombank-da təsdiqlənib, Aleksandr İvanov burada sədr müavini vəzifəsində çalışıb. 2014-cü ilin martında Aleksandr İvanovun 37 yaşı olub.