Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Putinin yeni “Kortej”i - TƏFƏRRÜAT
“Aurus” brendindən olan “Kortej” avtomobil layihəsi Avropa bazarında ilk dəfə 2019-cu ildə, Cenevrə avtosalonunda təqdim olunacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı şirkətin baş direktoru Frans Qerhard Xilqert məlumat verib.
“2020-ci ildə isə biz Yaxın Şərq və Asiya bazarına çıxacağıq”, - Xilqert əlavə edib.
Rusiya sənaye və ticarət naziri Denis Manturov bildirib ki, “Kortej” avtomobil layihəsi ən tezi 2020-ci ilin sonlarından ixraca başlayacaq.
Nazir deyib ki, “Aurus”un gələcək avtomobilləri tam elektrikli ola bilər.
“Kortej” layihəsi lüks ailə avtomobilidir. Qeyd edək ki, “Kortej” layihəsinin ilk avtomobili Rusiya prezidentinin inauqurasiya mərasimində təqdim olunub.
Rəylər