Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Putinlə Obamanın telefon danışığı baş tutub
Rusiya prezidenti Vladimir Putin ilə ilə ABŞ dövlət başçısı Barak Obama arasında telefon danışığı olub.
Oxu.Az-ın məlumatına görə, Modern.az Kremlin mətbuat xidmətində istinadən xəbər verir ki, telefonla aparılan müzakirələrdə Ukraynadakı gərgin vəziyyət müzakirə edilib.
V. Putin ABŞ-ın Rusiyaya tətbiq etdiyi növbəti sanksiyalardan da danışıb. O bildirib ki, ABŞ-ın bu cür addımlarına məyusdur.
Ukrayna, Yaxın Şərq məsələsi ilə yanaşı, Ukraynanın Donetsk vilayətində Malayziya Hava Yollarına məxsus təyyarənin qəzaya uğrması da əsas müzakirə predmetləri sırasında olub. Kreml rəhbəri qəza ilə bağlı ABŞ liderinə məlumat verib.
Qeyd eək ki, Ukraynanın Donetsk vilayətində Rusiya ilə sərhəddə Malayziya Hava Yollarına məxsus “Boeing 777” təyyarəsi qəzaya uğrayıb. Qəzada təyyarədə olan 295 nəfəri hamısının öldüyü bildirilir.
"Malayziya" teqi üzrə xəbərlər
- Malayziyada güclü daşqın: Dörd mindən çox insan təxliyə edildi
- Avstraliya sahillərində 11 il əvvəl itən təyyarənin axtarışlarına başlanılıb
- Malayziyada qadın kirayə pulu verməmək üçün işə təyyarə ilə gedib-gəlir
- Malayziya prezidenti paylaşımına İrem Dericinin mahnısını əlavə etdi: Məşhur müğənnidən şərh gəldi
- Malayziyada daşqın: 122 000-dən çox təxliyə edilən və üç ölü