Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qadağaları ilə adətlərimizi xatırladan ÖLKƏ
Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışında toxunulmamış təbiəti, kokos bağları, təmiz çayları, boş çimərlikləri ilə məşhur olan Dominikan Respublikasından bəhs olunub.
Burada dünyaya övlad gətirən qadınlara olan qadağalar bəzi köhnə adətlərimizi xatırladır.
Belə ki, uşağın qırxı çıxana qədər qadınlar çimməməli, dırnaqlarına boya sürməməli və küçəyə çıxmamalıdırlar. Düzdür, çimmək məsələsi bizdə qadağa olunmayıb. Bu adəti qadının orqanizminin zəifləməsi ilə izah edirlər.
Dominikanada 13 yaşlı qızların hamilə qalması problemlərdən biridir. Lakin valideynlərin özləri də ilk övladlarını 13-14 yaşında dünyaya gətirdiklərindən bu cür hallara öyrəşiblər. Bu ölkədə demək olar ki, hər kəsin saçı qıvrımdır.
Belə saçla işə getmək olmaz, hər kəs saçını düzləşdirməyə məcburdur. Bu halda qadın saç ustalarının da işi pis getmir və onlar hər müştəridən 6 dollar, yəni 10 manat alırlar. İşlər yaxşı gedərsə, saç ustaları aya 755 dollar, yəni təxminən 1 283 manat qazanırlar.
Ətraflı süjetdə:

"Dominikan Respublikası" teqi üzrə xəbərlər
- Kəhrəbada həkk olunan sirr: "Göz qabağında gizlənən" qədim qarışqa növü kəşf edildi
- Dominikanda faciə ilə əlaqədar matəm daha üç gün uzadıldı
- Dominikanda gecə klubunda baş verən faciədə ölənlərin sayı 200-ü ötüb
- Dominikanda gecə klubunda bədbəxt hadisə: Ölənlərin sayı artdı
- Ulduz oyunçu 500 milyon dollarlıq müqavilə imzaladı