Rusiyanın Perm diyarında 58 yaşlı qadına hücum edilib və gənc yerli sakin onun əl çantasını oğurlamağa cəhd edib.
REN TV xəbər verir ki, hücuma məruz qalan qadın çantasını verməkdən imtina edərək cinayətkara müqavimət göstərib. Bu hərəkət oğrunu bir qədər də özündən çıxarıb və o, qadını təpikləməyə başlayıb.
Ətrafda olan şəxslərin hadisəyə müdaxilə etməyə tələsdiyini görən şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.
Hüquq-mühafizə orqanları bir neçə saatdan sonra onu saxlayıb. Bildirilir ki, 25 yaşlı gənc əvvəllər də oxşar cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib.