Rusiyanın İstintaq Komitəsinin baş istintaq idarəsi sahibkar Levon Ayrapetyana qarşı yeni ittiham irəli sürüb, “Komersant” qəzeti yazır.
Oxu.Az xəbər verir ki, Ayrapetyan 2010-cu ildə ömürlük həbs cəzası çəkən Başqırdıstan senatoru İqor İzmestyevin anasından 700 minə yaxın pulun oğurlanmasında ittiham edilir.
İstintaqın məlumatına müvafiq olaraq, bu pulları İzmestyeva oğlunun cəzasını yüngülləşdirməyə görə rüşvət vermək üçün sahibkara verib. Daha öncə Baş prokurorluq Ayrapetyanın işi üzrə ittiham qərarını təsdiqləməmişdi və onu yenidən baxılmağa göndərmişdi.
İK-nın məlumatına görə, 700 min dollar KİV-də piar-kampaniyaya xərclənməli idi, bu isə İzmestyevin işi üzrə məhkəmənin qərarına təsir etməli idi.
Daha öncə Moskva şəhər məhkəməsi “Başneft”in mülkiyyətinin xərclənməsində vasitəçilik edən Ayrapetyanın iyulun 15-nə qədər ev dustağı olması qərarının qanuni olduğunu bildirdi.
Qeyd edək ki, Levon Ayrapetyan dünyada erməni diasporasının ən varlı nümayəndələrinin ilk onluğuna daxildir və “erməni soyqırımı”nın dünya səviyyəsində tanınmasında lobbiçi hesab edilir.
O həmçinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasında fəal iştirak edib və onun əsas sponsorlarından hesab edilir.