ABŞ-da 300-dən çox qaradərili aktyor və prodüser Hollivudun aparıcı şəxslərini sistemli irqçiliyə son qoymağa çağırıblar.
Bu barədə “Variety” nəşrində dərc edilmiş açıq məktubda qeyd olunub.
Məktub müəllifləri ağların üstünlüyü kultunun, həmçinin, qaradərili kinematoqrafçıların məhsullarının məhdud satışı kimi miflərin təbliği ilə bağlı məsuliyyətin bir hissəsini ABŞ kino sənayesinin üzərinə qoyub.