Türkiyənin Qars şəhərinin mərkəzi Başkaya kəndində axşam saatlarından başlayan leysan və dolu güclü küləklə əvəzlənib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə DHA məlumat verib.
Məlumata görə, küləyin sürətinin artması nəticəsində altı evin dam örtüyü uçub, bəzi tövlələrə ziyan dəyib. Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb.
Qarsda güclü külək evlərin damlarını havaya sovurdu