Qartəmizləyən maşının sürücüsü jurnalistlərə nəyə görə körpüdə qan içində olan insana kömək etməyə cəhd etmədiyini və polisi gözləmədən hadisə yerindən uzaqlaşdığı barədə danışıb.
Sergey Budnikov səmimi etiraf edib ki, işinin reqlamentinə uyğun olaraq hərəkət edib.
“Maşında gedirdim və arxa güzgüdə trotuarda insanın uzandığını gördüm. Yardım etməyə dayandım, qaçaraq qız gəldi”, - Oxu.Az xəbər verir ki, bu barədə o, NTV-yə verdiyi müsahibəsində deyib.
Budnikov qeyd edib ki, qız isterika keçirib. Onun nitqi əlaqəsiz idi və telefonla zəng edə bilmirdi. Sergey nə qatili, nə cinayətkarların avtomobilini görməyib.
“O, telefonla zəng edə bilmirdi, isterika keçirirdi. Onun telefonundan 112 xidmətinə zəng etdim, milis və təcili yardım çağırdım. Onları gözləmədən getdim, iş və reqlament mövcuddur. Reqlament üzrə yoluma davam etdim”, - Budnikov deyib.
Daha sonra polis onu şahid qismində dindirərək evə buraxıb.
Xatırladaq ki, Boris Nemtsov cümə günü fevralın 27-də Bolşoy Moskvoretsk körpüsündə qətlə yetirilib.