Rusiyanın ТВЦ telekanalı “Aleksey Puşkovla postskriptum” proqramında Moskvanın mərkəzində videomüşahidə kameralarının qeydlərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, həmin görüntülərdə rusiyalı siyasətçi Boris Nemtsovun qətl anı qeydə alınıb.
“Saniyəsinədək dəqiqliklə cinayət qeydə alınıb. Çəkiliş keyfiyyəti yüksək olmasa da, maşınlar və insanların siluetləri aydın görünür”, - deyə, proqramda bildirilir.
Qeyd olunur ki, Boris Nemtsovun öz rəfiqəsi ilə körpü ilə getdiyi görünür. 23:31-də yük maşınının kuzovu onları gizlədir.
“Bir saniyə sonra daha bir adam oradan yolun hərəkət hissəsinə qaçır, tez avtomobilə əyləşir və gedir. Qartəmizləyən maşın hadisə yerindən bir neçə metr məsafədə dayanır. Orada yalnız bir siluet qalır – onun Nemtsovun rəfiqəsi olduğu güman edilir. Sonra o sürücülərə yaxınlaşır. Və bir neçə dəqiqə qartəmizləyən maşının arxasında görünmür”, - deyə, süjetdə bildirilir.
Saat 23:42-də hadisə yerinə polislər gəlirlər.