Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 2 erməni hərbçi ölüb.
Oxu.Az xəbər verir ki, fevralın 28-də erməni mediası 2 erməni hərbçinin öldüyünü etiraf edib.
Məlumata görə, bunlar 1979-cu il təvəllüdlü Artak Sedrakoviç Agekyan və 1995-ci il təvəllüdlü Ayk Qriqoryeviç Baroyandır.
Qeyd edək ki, bu gün səhər də 19 yaşlı erməni hərbçi Albert Emileviç Safaryan ölüb.