Azərbaycanın Qolf Federasiyası az bir müddətdir ki, yaradılsa da, əsası qoyulduğu gündən qolfun təkcə idman növü deyil, həm də ümumilikdə həyat tərzi kimi populyarlaşdırılması sahəsində fəal iş aparır.
Federasiyanın göstərdiyi səylər nəticəsində, qolf Azərbaycan sakinləri arasında sürətlə populyarlaşır.
Bu işdə Qubada möhtəşəm qolf klubunun açılması da böyük rol oynayıb. Ötən ilin yayında həmin qolf klubunda iki nüfuzlu turnir keçirilib. Bundan başqa, Bakıda yaradılmış Qolf akademiyası elə ilk günlərdən əhalinin idmanın bu növünə olan marağını artıracaq müxtəlif aksiyalar keçirir.
Akademiyanın məqsədlərindən biri böyüməkdə olan nəslin qolfa cəlb edilməsi, gələcəkdə Azərbaycanı beynəlxalq turnirlərdə təmsil edəcək milli yığmanı formalaşdırmaq məqsədilə gənc istedadların aşkarlanmasından ibarətdir.
Biz Akademiyanın möhtəşəm layihəsi – qolfu Azərbaycan gənclərinin həyatının bir hissəsinə çevirəcək FlamesGolf haqqında dəfələrlə yazmışıq. 2015-ci ilin yanvarından başlayaraq, Azərbaycanın Qolf Federasiyası 6 yaşdan 16 yaşadək uşaqlarla məşqlər keçirir. Dərslərdə Azərbaycan Qolf Federasiyasının peşəkar məşqçiləri uşaqları bu gözəl oyunun sirlərinə öyrədir, onlara qolfun tarixindən, məşhur qolfçulardan danışırlar. Bu proqramın məqsədi qolfun məktəblilər arasında populyarlaşdırılmasıdır.
Bu gün isə saat 11:00-dan 16:00-dək Qolf Akademiyasında uşaqlar və onların valideynləri üçün Açıq qapı günü keçirildi. Yeniyetmə qolfçular vaxtlarını əla keçirdilər – təcrübəli məşqçilərin rəhbərliyi altında onlar qolf oynamağı öyrəndilər, müxtəlif yarışlarda iştirak etdilər.
Fevral küləyini çox soyuq bilənlər də kənarda qalmadılar – onlar Akademiyanın binasında xüsusi simulyatorlarda qolf oynadılar. Qolf simulyatoru dünyada yüksək sürətli 3D kamera ilə təchiz edilmiş ən yaxşı proqram təminatına malik inqilabı texnologiyadır. Quraşdırılmış 3D kamera qolf üçün topun havada hərəkətini diqqətlə izləyir və topun əsl uçuşunu təkrarlayır.
Valideynlər və digər qonaqları da yaddan çıxarmadılar – onlar Qolf Akademiyasında tədris şəraiti ilə tanış oldular, bundan sonra isə öz uşaqlarının təlimlərində iştirak edə və rahat kafedə dadlı yemək və əla kofedən zöqv ala bildilər.
Bu tədbirdə Qolf Akademiyası öz yeni layihəsini – uşaqların qolfa öyrədilməsi üzrə FLAMESGOLF proqramının birinci “PARS” səviyyəsini təqdim etdi. “PARS” artıq aprel ayından start götürür. Bu proqram çərçivəsində uşaqlar təcrübəli məşqçi Spenser Hendersonun rəhbərliyi altında idmanın yeni, əyləncəli növünü və həmçinin ingilis dilini öyrənmək üçün unikal imkan əldə etmiş olurlar.
8 həftəlik proqramın qiyməti cəmi 40 manatdır, təlimin sonunda isə iştirakçılara sertifikat və həmçinin üzərində müvafiq loqo olan köynək və papaq, eləcə də FlamesGolf qolbağı veriləcək.
Biz bütün valideynlərə bu şansı qaçırmamağı tövsiyyə edirik, çünki sizin övladınız əla sağlamlıq və möhkəm əsəb sistemi kimi aşkar üstünlüklər qazanmaqdan başqa, həm də yaxın gələcəkdə qolf üzrə yeniyetmələrdən ibarət milli komandanın üzvlərindən biri ola və bu onun parlaq gələcəyinə aparacaq bir yola çevrilə bilər.
Qeyd edək ki, tədbirin rəsmi sponsorları Rixos Quba Azərbaycan oteli, National Geographic Azərbaycan jurnalı, İmprotex Motors şirkətidir.
Onu da əlavə edək ki, bu, qalibləri qiymətli hədiyyələrlə sevindirəcək İmprotex Motors şirkəti və Azərbaycanın Qolf Federasiyasının ilk belə əməkdaşlığı deyil.
BMW avtomobillərinin Azərbaycandakı rəsmi distribüteri olan İmprotex Motors AQF-nin keçirdiyi tədbirlərə daim dəstək göstərib. Bu tədbirlər arasında Qubadakı Milli Qolf Klubunda keçirilmiş bir sıra beynəlxalq yarışlar da daxildir.
Proqram barədə ətraflı məlumat əldə etmək və qolf üzrə Açıq qapı gününə qeydiyyatdan keçmək üçün:
Proqram haqqında ətraflı məlumat və qolf üzrə Açıq qapı gününə yazılmaq üçün aşağıdakı ünvanla əlaqə saxlamaq olar:
Azərbaycanın Qolf Federasiyası/Milli Qolf Akademiyası
Тел: (+994) 12 499 86 86
(+994) 12 499 89 89
E-mail: info@aqf.az
Aliyə İsmayılzadə
www.oxu.az