Azərbaycan Qolf Federasiyası yarandığı andan etibarən qolfun sadəcə idman növü kimi deyil, eləcə də həyat tərzi kimi populyarlaşması istiqamətində fəal iş aparır.
Məlum olduğu kimi qolf sadəcə oyun deyil. Qolf düzgün həyat tərzini seçən və ümumi maraqları paylaşan bütün yaş kateqoriyalarından olan insanların sağlam rəqabətinə əsaslanan tam bir fəlsəfədir, bu, insanların sadəcə oynadıqları deyil, eləcə də ünsiyyət qura biləcəkləri, bir sözlə çox gözəl vaxt keçirə biləcəkləri özünəməxsus maraqlar klubudur. Axı qolf sadəcə cismi deyil, eləcə də ruhu sağlamlaşdırır.
Başqa cür ola da bilməz, axı oyun açıq havada, gözəl landşaftda keçirilir, bu isə oyunçulara yalnız müsbət təsir edə bilər. Bundan başqa, qolf heç bir fövqəl fiziki hazırlıq tələb etmir, oyunun qaydalarını isə həm uşaqlar, həm də böyüklər çox tez mənimsəyə bilərlər.
Qolf həm də maksimal diqqət cəmlənməsini, məntiqi düşünməyi və tez qərar qəbul etməyi tələb edən intellektual oyundur.
Bu səbəbdən də qolfun ölkəmizdə sürətlə populyarlıq qazanması təəccüblü deyil. Bu işdə Bakıda açılan və yarandığı ilk günlərdən bu idman növünə əhalidə maraq oyatmaq üçün müxtəlif aksiyalar keçirən Qolf Akademiyası əhəmiyyətli rol oynayıb.
Bu günlərdə biz Akademiyanın qolfu Azərbaycan gənclərinin həyatının bir hissəsinə çevirməyə və gələcəkdə layiqli milli yığmanı formalaşdırmağa istiqamətlənmiş FlamesGolf layihəsi barədə yazmışdıq.
2015-ci ilin yanvar ayından başlayaraq, Azərbaycan Qolf Federasiyası 6-16 yaş arası uşaqlarla məşqlər keçirir. Məşqlərdə Azərbaycan Qolf Federasiyasının peşəkar məşqçiləri uşaqlara bu gözəl oyunun əsaslarını öyrədirlər, qolfun tarixi və məşhur qolfçular haqqında danışırlar. Bu proqramın məqsədi qolfun məktəblilər arasında populyarlaşdırılmasıdır.
Bu günlərdə Qolf Federasiyası 2015-ci ilin fevral ayının 28-də uşaqlar və onların valideynləri üçün açıq qapı günü olacağını elan edib. Tədbir Milli Qolf Akademiyasında saat 11:00-dan 16:00-a qədər keçiriləcək. Kiçik qolfçuları əyləncəli anlar – oyunlar, yarışlar, qolf oyunu təlimləri, dadlı sovqatlar və əlbəttə ki, mükafatlar və hədiyyələr gözləyir.
Valideynlər, eləcə də digər qonaqlar da yaddan çıxmayacaq – onlar Qolf Akademiyasında tədris haqqında tam informasiya alacaq, uşaqlarının məşqlərində iştirak edə biləcək və rahat kafedə çox gözəl vaxt keçirə biləcəklər.
Bu tədbirdə Qolf Akademiyası yeni qolf təliminin uşaqlar üçün proqramın ilk səviyyəsi - FLAMESGOLF “PARS” layihəsini təqdim edəcək. Bu proqram çərçivəsində sizin uşaqlar təcrübəli məşqçi Spenser Hendersonun rəhbərliyi altında yeni, maraqlı idman növünə, eləcə də ingilis dilinə yiyələnə bilərlər.
8 həftəlik proqramın qiyməti cəmi 40 manatdır, təlim başa çatdıqda isə bütün iştirakçılar sertifikat, eləcə də üzərində loqo olan köynək, papaq və FlamesGolf qolbağını hədiyyə alacaqlar.
Hörmətli valideynlər, bu şansı əldən verməyin, axı sağlamlıq və möhkəm əsəb sistemi kimi aşkar üstünlüklərdən başqa, sizin övladınız qolf üzrə gənclərdən ibarət milli yığmanın üzvü ola bilər. Bu isə onun üçün parlaq gələcəyə açılan yoldur.
Proqram barədə ətraflı məlumat əldə etmək və qolf üzrə Açıq qapı gününə qeydiyyatdan keçmək üçün:
Azərbaycan Qolf Federasiyası/Milli Qolf Akademiyası
tel: + 994 12 499 86 86
+ 994 12 499 89 89
email: info@aqf.az
Aliyə İsmayılzadə
www.oxu.az