Azərbaycanın Qolf Federasiyasının Bakıda yerləşən Milli Qolf Akademiyasında gənc nəslin ölkəmiz üçün idmanın yeni növü olan qolfun sirlərinə öyrədilməsi üzrə təlimlər davam edir.
Oxu.Az xəbər verir ki, son 3 ay ərzində yerli uşaqlara kiçik qrup şəklində Bakıda Milli Qolf Akademiyasında həftəlik qolf məşqləri keçirilib.
Onlar nəinki qolf zərbərinin müxtəlif növlərini (golf swings, pitching, chipping, putting), həm də qolf tarixini, qolf ruhunu və qolf etiketlərinin əhəmiyyətini öyrəniblər.
Uşaqlar məşqlərdən əlavə olaraq müxtəlif idman bacarıqlarını öyrənərək , məşhur qolfçular haqqında məlumat toplayıblar, “swing” və “putting” zərbələrini təkmilləşdirərək, maraqlı bir gün keçiriblər.
Keçən həftə onlar “Azerbaijan Golf Challenge Open” turnirinin keçirildiyi Milli Azərbaycan Qolf Klubunda ilk dəfə olaraq real qolf oyununda özlərini sınayıblar.
“Driving range” sahəsində məşqdən sonra uşaqlar qolf meydançasının bir neçə dəliklərini oynayaraq oyundan həzz alıblar.
Yaxşı və pis vuruşlarının olmasına baxmayaraq, uşaqlar qolf meydançasında oynayaraq gözəl gün keçiriblər və çox şey öyrəniblər.
Azərbaycanın Milli Qolf Klubunun direktoru Filip Henderson və məşqçi Tom Henderson öz təcrübələrini yeniyetmələrlə bölüşüblər.
Qeyd edək ki, əgər siz öz övladlarınızın keçirdiyimiz məşqlərə qatılmasını istəyirsinizsə, 2015-ci ildən başlayaraq 8-15 yaş arası uşaqlar üçün hazırlanmış yeni və maraqlı qolf proqramında iştirak edə bilərsiniz.
Qolf oyunu haqqda daha çox məlumat əldə etmək üçün info@aqf.az- electron poçt ünvanı ilə bizimlə əlaqə yarada bilərsiniz.
Onlar, gələcək Tayqer Vuds və ya Mişel Vi ola bilər!