Azərbaycanın ilk milli zərgərlik brendi olan “Resm”, 2014-cü ilin 3-6 dekabr tarixlərində keçiriləcək Beynəlxalq Zərgərlik Həftəsində sərgilənəcək. İstehsalçıları, topdan və pərakəndə satıcıları, peşəkar sənətkarları bir araya gətirən sərgi Dubayın (BƏƏ) Dünya Ticarət Mərkəzində həyata keçiriləcəkdir.
“Resm”-in zərgərlik məmulatları C3-45 nömrəli (“Elegant Avenue”) stendində nümayiş etdiriləcəkdir.
“Resm”-in zərgərlik məmulatları qədim Azərbaycan ornament və naxışlarının müasir interpretasiyasını təqdim edir. “Resm”-in zinət əşyaları sadəcə dəbdəbəli aksesuar deyil, Azərbaycanın mədəniyyəti, ənənələri və hər şeydən öncə, milli ruhuna bağlıdır.
Dövrdən asılı olmayaraq, “Resm”-in zinət əşyaları mükəmməllik və ən yüksək keyfiyyət sayəsində adi dəb trendlərindən üstün olmağa və əcdadlarımızın aləmini kəşf edib yenidən yaşatdırmağa imkan verir. “Resm”-in bütün məmulatları, dizaynın tarixi konteksti, ornament və ənənəvi naxışların mənşəyi barədə məlumat verən, fərdi təsvirlərlə təchiz olunur. “Resm”-in məmulatları 14/18 karat qızıldan və qiymətli daşlardan istifadə etməklə hazırlanır. Kişilər üçün nəzərdə tutulan əşyalar, həmçinin ən yüksək keyfiyyətli gümüşdən də hazırlanır.
“Resm”-in Azərbaycandakı satış şəbəkəsi Bakı şəhərində (28 May küçəsi, 46E) yerləşən bir dükan və Heydər Əliyev adına beynəlxalq hava limanının rüsumsuz sahəsində yerləşən iki satış məntəqəsindən ibarətdir.