Cah-cəlal sevənlərin diqqətinə: Bakıda, şəhərin mərkəzində yerləşən yeni “Resm” zərgərlik butiki açılıb.
Oxu.Az xəbər verir ki, “Resm” zərgərlik brendi 2011-ci ildən mövcuddur.
Bu brendin konsepsiyası Azərbaycanın ənənəvi ornamentləri, xüsusilə də milli xalçaların ornamentləri əsasında zərgərlik məmulatlarının hazırlanmasından ibarətdir.
“Resm”in məhsulları xalq tətbiqi sənətinin zərgərliklə vəhdətidir. Beləliklə, “Resm”in məmulatları təkcə zərgərlik deyil, həm də tarixi-simvolik baxımdan qiymətlidir. “Resm” özünün zərif, eksklüziv zərgərlik məmulatları vasitəsilə Azərbaycan xalqının mədəniyyət və tarixini təbliğ edir.
Bu brendin hər bir məmulatı nəfisdir, bəzi məmulatlar yeganə nüsxədə hazırlanır. Hədiyyə və bəzək kimi unikallıq və mədəniyyəti qiymətləndirən insanlar “Resm”in məmulatlarına biganə qala bilməyəcəklər.
“Resm”in zərgərlik məmulatları dostlarınıza diqqətli olduğunuzu nəzərə çarpdıracaq, həmçinin tariximizin bir hissəsini daşımağa imkan verəcək. Tarixlə yanaşı, siz, öz yaxın insanlarınıza müdafiə, sevgi, dostluq və digər qiymətli insani hissləri təcəssüm etdirən ornamentlərlə bəzədilmiş hədiyyələr təqdim edə biləcəksiniz.
Bu brendin zərgərlik məmulatları öz yüksək keyfiyyəti ilə fərqlənirlər. Qiymət diapazonu məmulatdan və hazırlandığı material – qızıl, gümüş yaxud da keyfiyyətli poladdan asılı olaraq, 60 manatdan 8000 manatadək dəyişir.
Elvin Əhmədov
Foto: Nüsrət Abdullayev
www.oxu.az