Azərbaycanın bir nömrəli estrada ulduzu Röya Ayxan Yeni İldə sevənlərini bir araya toplayacaq.
Oxu.Az xəbər verir ki, Yeni İldə daha bir məşhur müğənni Röya Ayxan konsert verəcək.
Konsert proqramı 2014-cü il 29-30-31 yanvar tarixlərində Heydər Əliyev Sarayında baş tutacaq.
Röyanın “MƏNƏM” adlı solo konsertinə biletlərin qiyməti 20-150 AZN arasında dəyişir.
Aytən Sadıqzadə
www.oxu.az