Milli Qolf Akademiyası qolfsevərlərə bir-birinin ardınca sürprizlər təqdim edir.
Ölkəmizdə hava iqlimi yetərincə mülayimdir, bu isə qolfsevərlərə uzun müddət açıq havada oyundan həzz almağa imkan verir, amma Akademiyanın daimi oyunçuları çox sevdikləri məşqlərinə havalar soyuduqdan sonra necə davam edəcəkləri barədə sualla qarşı-qarşıya qalıblar.
Bununla əlaqədar sizə xoş bir xəbər vermək istəyirik. Milli Qolf Akademiyası istənilən hava şəraitində məşqə davam etməyin mümkün olması üçün qolf-simulyatorlar əldə edib.
Qolf-simulyator yüksək sürətli 3D kameralı qolf oynamaq üçün ən yaxşı proqram təminatıdır. Bu, qolf topunu havada izləyir, topun əsl uçuşunu yaradır. Sistemin özəllikləri Surround Simulator vizual obrazlarının, oyunçunun təcrübəsini artırmağa yardım edən 3 kəsiksiz təsvirin olmasıdır.

Oyunçular ən real qolf-simulyatoru ilə oyunun dəqiqliyinə və keyfiyyətinə heyran qalacaqlar. Bundan başqa, əldə olan opsiyalar arasında oyun sahəsini seçmə imkanı da var, məsələn Quba Qolf Klubunun, Dubay, Moskva sahəsinə və ya istənilən digər sahəni seçərək özünüzü əsl peşəkar oyunçu hiss edə bilərsiniz.
Bundan başqa, simulyatorun yardımı ilə məkanı tərk etmədən qolf üzrə on-line turnir təşkil etmək mümkündür. Qolf-simulyator həm də yeni nəslin əyləncəsidir, bu əyləncə onlara məkanı tərk etmədən qolf oynamağa, eləcə də ilboyu məşq etmə imkanı yaradır.
Milli Qolf Klubun üzvləri yeni qolf-klubun üstünlüklərindən faydalana bilərlər: realistik qrafika, yalnız oyun deyil, eləcə də məşq proqramlarının quraşdırılması imkanı, oyunda eyni anda bir neçə nəfərin iştirak etmə imkanı. Qolf-simulyatorun köməyi ilə oyunçular məkanı tərk etmədən dünyanın istənilən hissəsində yerləşən sahədə real oyun təəssüratı yaşaya biləcəklər.

Qolf-simulyatorda oyun yaşından, cinsindən və fiziki hazırlığından asılı olmayaraq hamı üçün mümkündür. İnqilabi 3D texnologiyası topun uçuşunu dəqiqliklə ifadə etdiyi üçün əsl oyun atmosferinə qərq olmaq mümkündür: hətta ağac, bina və tikililər - hər şey orijinalı xatırladır.
Amma oyun üçün yalnız simulyator kifayət deyil. Bu oyunun əsas atributlarından biri də qolf çubuğudur, bu oyunu sevənlər seçimə çox məsuliyyətlə yanaşırlar.
Beləliklə, biz qolf çubuğu haqqında nə bilirik, onlar necə olurlar? Sən demə, burada heç də hər şey o qədər də asan deyil.
Qolf çubuğu ucu əyilmiş formada olan çubuqdur. Bu çubuqların adları başlığının materialından asılıdır (məsələn, “wood”), baxmayaraq ki, müasir çubuqların başlığı əsasən titandan hazırlanır.
29 növ qolf çubuğu mövcuddur, amma bir oyunda maksimum 14-nü istifadə etmək olar. Çubuqlar uzunluğuna və çəkisinə, eləcə də topa vurulan zərbənin bucağına görə fərqlənir. Hər bir çubuq spesifik zərbəni yerinə yetirmək üçündür. Onları bir neçə qrupa bölmək olar.

Qrupşəkilli zərbələr topun maksimal məsafəyə uçmasını təmin etməlidir, bunun üçün “wood” qrupundan olan çubuqlardan istifadə edilir.
Növbəti zərbələr topun dəliyə nisbətən yerləşməsindən asılı olaraq müxtəlif səmtlərə yönəlməsini təmin etməlidir. Bunun üçün iron qrupunun çubuqlarından istifadə edirlər.
Məsafənin kiçik olduğu halda, topun yüksək traektoriyalı uçuşu üçün vurulan və maksimal dəqiqlik tələb olunan zərbələrdə, “pitching wedge” çubuğundan istifadə edilir. Tərcümədə - “paz” deməkdir, bu isə o deməkdir ki, zərbə zamanı top yuxarı qaldırılır. Zərbə səthinin əyilmə bucağı bu çubuqlarda 50-60 dərəcəyə çatır.
Qum bunkerindən zərbə üçün “sand wedge” çubuğu istifadə edilir. O, ağır altlığa və xüsusi formaya malikdir, bu, torpaqda ilişməmək üçündür, axı top bunkerdən torpaqla bərabər vurulur.
Son zərbə ilə oyunçu dəliyə düşmək üçün topu otun üzəri ilə yuvarlayır. Bunun üçün “putter” çubuğundan istifadə edilir. Çubuğun adı “put” (yerləşdirmək) sözündən götürülüb.
Amma tək nəzəriyyə ilə uzağa getmək olmaz. Ona görə də Milli Qolf Akademiyasına təşrif buyurun, cəsarətlə əlinizə çubuğu götürün, sehirli qolf aləminə qərq olun. Axı, indi nə qar, nə yağış, nə də külək sevimli oyundan aldığınız zövqə mane olmayacaq.





















Aliyə İsmayılzadə