Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilə baxış keçirərkən kişi cəsədi aşkar olunub və aidiyyəti üzrə təhvil verilib.