“Etihad Airways” aviaşirkətinə məxsus “Airbus A380” sərnişin təyyarəsi enmə zamanı təhlükəli anlar yaşayıb.
Görüntülər “SpeedbirdTV” “Youtube” kanalında yayımlanıb.
Təhlükəli enişə Böyük Britaniyanı cənginə almış “Dennis” qasırğası səbəb olub.
Qeyd edək ki, bir həftədir davam edən təbiət hadisəsi nəticəsində çaylarda suyun səviyyəsi qalxıb, evləri su basıb. İki nəfər təbii fəlakətin qurbanı olub.